SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahındakı Dövlət məlumat koordinasiya mərkəzinin görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, Ərdoğan iqamətgahındakı mərkəzdən video konfrans vasitəsilə “Zeytun budağı”əməliyyatı barədə ətraflı məlumat alıb.

Türkiyə KİV-i diqqəti mərkəzin divarlarının, damının tamamilə poladdan olmasına yönəldib.

Bildirilir ki, Mərkəz müharibə vaxtı müxtəlif hücumları dəf etmək üçün xüsusi hazırlanıb.

Mərkəz kimyəvi silahlardan, kiber hücumlarda, hətta nüvə silahı ilə hücumdan qorunmaq üçün xüsusi hazırlanıb.

Mərkəzin 10000 kiloqramlıq bombaya davamlı olduğu bildirilir.

BAKU.WS