VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, Rəhimov Murad Arif oğlu Müşahidə Şurasının sədri, Əmrahov Azad Tahir oğlu və İsbatov İlqar Aydın oğlu isə Müşahidə Şurasının üzvləri təyin olunublar.

Qeyd edək ki, Murad Rəhimov Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğludur.

Arif Rəhimzadə həmçinin, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir.

Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəridir.

BAKU.WS