Prezident İlham Əliyev: “Onların kitabı çoxdan bağlanıb”
» » Prezident İlham Əliyev: “Onların kitabı çoxdan bağlanıb”


14-11-2017 | 23:00

  • 3 718

Prezident İlham Əliyev: “Onların kitabı çoxdan bağlanıb”


"Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcək. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaq”.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcək: “Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə verib. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir.

Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır. Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir.

O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək. Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”.
 
Prezident qeyd edib ki, Azərbaycanda azadlıqlara heç bir məhdudiyyət yoxdur: “Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcək. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat "Kupalnik"i başına bəla olan 10 məşhur - FOTOLAR Şou-biznes Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Hadisə Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Əsas Xəbər / Video / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… -  VİDEO Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO Şou-biznes / Video “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” Əsas Xəbər / Hadisə Fədayə Laçının həbs müddəti açıqlandı Fədayə Laçının həbs müddəti açıqlandı Əsas Xəbər / Kriminal Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
14 avqust 2018

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

8 Həyat tərzi
Bayram namazının vaxtı açıqlandı
14 avqust 2018

Bayram namazının vaxtı açıqlandı

226 Əsas Xəbər / Həyat tərzi
14 avqust 2018

"Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO

3 727 Şou-biznes / Video
Sahil Babayevdən YENİ TƏYİNAT
14 avqust 2018

Sahil Babayevdən YENİ TƏYİNAT

318 Siyasət