VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qazaxıstan prezident Nursultan Nazarbayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

BAKU.WS bildirir ki, Qazaxıstan prezidenti əsrin dörddəbir hissəsi müddətində ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini və ildən-ilə intensiv artımını davam etdirdiyini bildirib.

“Aprel ayı ərzində ölkənizə həyata keçirilən rəsmi səfərim zamanı aparılan danışıqlar Qazaxıstan və Azərbaycan arasında münasibətlərdə yeni sərhədlərin açılmasını, müxtəlif sahələrdə əməkdaşlığın yeni prioritet istiqamətlərini müəyyən edib. Şübhəsiz ki, əldə olunmuş razılaşmaların reallaşdırılması dövlətlərimiz arasında strateji əməkdaşlığın inkişafına əlavə təkan verəcək”, - N.Nazarbayev qeyd edib.

Qazaxıstanın dövlət başçısı Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıb.

BAKU.WS