SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, deputatın bu təklifi milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcəyi üçündür. 

2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.

"Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, ancaq o zaman qanun norması Ermənistan Respublikasını da əhatə edəcək", - V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə bildirib.

İman
BAKU.WS