SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Gələcəyin Enerjisi" EKSPO-2017 beynəlxalq sərgisinin Astanada dünənki möhtəşəm açılış mərasimindən sonra milli pavilyonlar, həmçinin Azərbaycan pavilyonu bu gün öz qapılarını açıb.

Xatırladaq, EKSPO-2017 sərgisi ekoloji təmiz enerjinin alınması və karbon qazı tullantılarının azaldılmasıının müxtəlif üsullarına həsr edilib. Tədbirdə 115 ölkə və 22 beynəlxalq təşkilat iştirak edir. "Odlar Yurdu — keçmişdən gələcəyə enerji” adlanan Azərbaycanın milli pavilyonu 403,3 kvadratmetr sahəni əhatə edir.

Amma indiki halda söhbət hələ Azərbaycan pavilyonunun rəsmi açılışından getmir. Rəsmi açılış iyulun 9-da olacaq. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov virtualaz.org-un hazırda Astanada olan müxbirinə deyib ki, bu hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan paytaxtına gələcəyi gözlənilir.
Səfirin sözlərinə görə, 9 iyulda EKSPO-2017-də Azərbaycan Günü keçiriləcək və bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub.

Xatırladaq ki, dünyasını dəyişmiş Azərbaycanın energetika naziri Natiq Əliyev "Gələcəyin Enerjisi" EKSPO-2017-in beynəlxalq sərgisində Azərbaycanın milli komissarı olmalı idi. Virtualaz.org dəqiqləşdirib ki, milli komissar yeri hələlik boşdur.
 
BAKU.WS