SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq artisti Zeynəb Xanlarovanı təltif edib.

"Azərtac"ın məlumatına görə, dövlət başçısı xalq artistinə "Heydər Əliyev” ordenini təqdim edib.

Xanlarova Zeynəb Yəhya qızı 28 dekabr 1936-cı ildə anadan olub. Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1985).

Z.Xanlarova hal-hazırda millət vəkili kimi də  fəaliyyət göstərir.
 
BAKU.WS