VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın Dubaydakı keçmiş vitse konsulu, Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov Azərbaycanda  keçiriləcək 1 noyabr Milli Məclisə seçkilərdə deputatlığa namizəd olub.

Bu barədə Paşa Məmmədov BAKU.WS-ə məlumat verib. O, namizədliyini əslən mənsub olduğu Qax rayonundan – 112 saylı seçki dairəsindən irəli sürüb.

O qeyd edib ki, namizədliyini irəli sürməsinə səbəb Qax rayonu sakinlərindən ona olan çoxsaylı müraciət və bölgənin inkişafına dövlət tərəfindən edilən dəstəkdə yaxından iştirak etmək olub: "Mənə doğma yurdum Qaxın parlamentdə təmsilçisi olmaq həqiqətən şərəfdir. Bizim siyasi kursumuz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün möhtərəm prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursdur. Bu siyasi kursun Qaxda əksini tapan uğurlu nəticələrini biz daim dəstəkləyirik və mütəmadi qaxlılar ilə təmasda olmağım, birgə fəaliyyətimiz seçkilərdə uğur qazanmağım üçün ciddi əsas verir”. P. Məmmədov Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı açıqladığı siyahını dəstəklədiyini də bildirib.

P. Məmmədov 9 fevral 1977-ci ildə Moskvada ziyalı azərbaycanlı ailəsində anadan olub. O uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində, daha sonra isə Azərbaycanın Dubaydakı vitse konsulu kimi çalışıb. Son zamanlar Ukraynada Azərbaycan diasporunun aktivləşməsində müstəsna rol oynayıb. Atası Xəyyam Məmmədov 1993-2002-ci illərdə Qax rayon İcra hakimiyyətinin başçısı, hazırda isə Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimidir.

Ziya Səccad
BAKU.WS