SİZİN REKLAM BURADA!
055 213 76 73


"Raufun getməyində çox pis oldum. Fikrimcə, tamaşaçıların ondan inciməsinə baxmayarq Rauf səs toplamalı idi".

Bu sözləri BAKU.WS-in əməkdaşına açıqlamasında "Maşın" realiti şounun iştirakçısı Elşad Xose deyib. O bildirib ki, elə bir vəziyyət yarandı ki, oyunda pis göründü: "Araqarışdıran kimi göründüm, amma bu belə deyil".

Digər iştirakçı Talıb Tale isə artıq oyunun çox maraqlı məqama qədəm qoyduğunu söyləyib: "Hər gün hər şey dəyişir. Heç kimə inanmaq olmur. Şanslarım da artır. Hədəfim Mehriban və Vüsalə xanımdır. Hanısı birinci çıxaracağıma hələ qərar verməmişəm".

Mehriban Zeynalova isə hesab edir ki, hamının hədəfi onu oyundan çıxarmaqdır: "Məni ən güclü rəqib sayırlar. Bu dəfə səsverməyə Talıb çıxsa məni çıxarmaq istəyəcək. Bunu bütün tamaşaçılar bilsin".

Tuncay
BAKU.WS