SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maşın" realiti şouda ulduzlar arasında daha bir qalmaqal baş verib. 

BAKU.WS-in məlumatına görə, jurnalist Ülviyyə Alovlu ilə müğənni Günel Ələkbərova canlı efirdən sonra mübahisə edib. 

Günel Ülviyyəyə kəskin sözlər işlədib: "Mən şəkillərimi atdıracam, səni çıxardıracam. Sənin özünə dəstək verən lazımdır. Sən kimə dəstək verirsən?" Ülviyyə Alovlu isə Günelin ünvanına "Bildikdə, sən əlasan, zorsan, bombasan" sözlərini işlədib.

Mübahisənin hansı səbəbdən baş verdiyini tamaşaçılar bu gün axşam efirə gedəcək buraxılışda biləcək. ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə bilərsiniz.

Realiti şouda aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir.

Nazim
BAKU.WS