SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fransanın TF1 telekanalında yayımlanan "The Voice” ("O səs”) musiqi yarışmasının növbəti buraxılışı yayımlanıb. 

BAKU.WS məlumat verir ki, yarışmada iştirakçı olan həmyerlimiz Araz Hümbətli "Duellər" mərhələsində Lena Vudsla ilə qarşılaşıb. İştirakçılar səhnədə "4 non blondes" mahnısını ifa ediblər. İştirakçıların ifası tamaşaçılar və münsiflər tərəfindən bəyənilib. Sonda komandanın rəhbəri Zaziye Lenanı seçərək, yarışmaya onunla davam edib.  

Qeyd edək ki, Araz Hümbetli Bakıda anadan olub. Hazırda Fransada yaşayır. 

BAKU.WS