SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15.

Azərbaycan rayonlarında martın 10-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq.
Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.
 
BAKU.WS