SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya rublunun ucuzlaşması rus turistləri Misir və Türkiyə kurortlarına yox, yeni turizm ölkələrinə yönəldir. Nəticədə ötən il ən çox turistlərin axın etdiyi şəhərlərdən biri Tiflis oldu. Bu il Gürcüstanın kurort şəhərinə rəqib Qafqazdakı qonşusu Bakı ola bilər. Azərbaycan hakimiyyəti xarici turistlərə daha ucuz səyahət üçün dolların məzənnəsini kəskin şəkildə bahalaşdıraraq böyük bir sürpriz edib. 

Azərbaycanın paytaxtı haqqında bilirik ki, orada dan yeri ağaran kimi neft çıxarmağa başlayırlar. Bakıda neft indiyə qədər istehsal olunur. Ancaq Bakı əvvəlki "Qara şəhər" obrazından tamamilə çıxararaq yeni libasa bürünüb. 

Əgər yolunuz Bakıya düşsə, bu şəhərdə ən maraqlı təəssüratlarınız dəniz kənarında olacaq. Bununla yanaşı, dəbdəbəli göydələnlər, Xəzərin sahilində küçələrdə yanan lampalar sizi ovsunlayacaq. Hətta müasir şəkildə inşa olunan "Flame Towers" sizi valeh edəcək. Bu bina əslində şəhərin gerbinə işarə edir. Azərbaycan təbii qazla zəngin ölkə olduğu üçün bütün dünyada Odlar yurdu kimi tanınır.   
 

  

Xəzərin Dubayı olaraq xarakterizə edilən Bakı göydələnləri ilə, müasir üslubda inşa olunan binaları ilə əcnəbilərin maraq dairəsinə düşə bilib. Bakının yenidən qurulmasında Qərbi avropa moderni daha çox diqqətə çarpır. Azərbaycanın paytaxtını hətta Parisə də bənzədənlər var. Xüsusilə, gecələr paytaxt əsrarəngiz ab-havaya bürünüb. İnsanlarının qonaqpərvərliyi və turistlərə münasibət bu ölkəyə gələnlərə xoş təəssürat yaradır. 
 
BAKU.WS