VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Dünyanın ən gənc milyarder xanımı 19 yaşlı norveçli Aleksandra Andersen fərqli istirahət edir.

BAKU.WS
-in məlumatına görə, o, çox xərc çəkmədən dincəlməyi sevir. Aleksandra Andersen işlənmiş avtomobil sürür, sadəcə səssiz ərazilərdə dincəlir.

Qeyd edək ki, Aleksandra Andersen "Forbes” tərəfindən dünyanın ən gənc milyarder xanımı seçilib. "Forbes”də 1476-cı yerdə qərarlaşan 1, 2 milyard dollara sahib gənc qıza atası İohan Andersen ailə şirkəti olan "Ferd”dən 80 faiz səhm verib.

Bəziləri onun vergidən yayınmaq üçün qızına 80 faiz səhmi verdiyini iddia edir. Aleksandranın Katarina adlı, ondan 1 yaş böyük bacısı var. O da bacısı kimi 1, 2 milyard dollara sahibdir.

Aleksandra Andersen sosial şəbəkələrdə də çox aktivdir. O, gündəlik həyatından çəkilən fotoları İnstagram və Facebook səhifələrində paylaşır. Milyarder xanım bildirib ki, varlı olduğunu biləndən sonra ona çoxlu dostluq gəlir.

"Biləndə ki, mənə miras qalıb, Facebook-da bir saat ərzində mənə 500-dən çox dostluq təklifi gəldi", - deyə Aleksandra Andersen yazıb.

BAKU.WS