VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bəli, yanlış eşitmədiniz! Dədə-babalarımız kərə yağını bol yemələrinin sirri də bunda imiş. Görünür, onların belə gümrah, sağlam və uzunömürlü olmasının əsas səbəblərindən biri qidalarında məhz xalis kərə yağının zəngin olması idi. Çünki orqanizmdə bolluğunun ziyanlığı iddia edilən xolesterol eyni zamanda ürək-damar sisteminin bərkidicisi funksiyasını daşıyır.

Doğrudur, inək südünün tərkibindəki yağın faydaları təkcə, ürək və damar əzələlərini bərkitməklə məhdudlaşmır. O, şiş və xərçəngə qarşı da təsirlidir. Bərkləşmənin əleyhinə olan özəl xüsusiyyəti ilə oynaqların "əhəngləşməsinə” (daşlaşmasına), arteriyaların, bağırsaqların bərkiməsinə mane olur. Eləcə də, xalis kərə yağı E və K vitaminləri ilə zəngindir.

Qadınlarda "məhsuldar”lığı artırır, orqanizmin mineralları sormasına vasitəçi olan Aktivator X mənbəyidir. Yağın tərkibindəki D vitamini kalsiumun sorulmasında əvəzsizdir. Kərə yağını uşaqlarınızın qidasından əskik etməyin, çünki o, uşaq beyninin və sinir sisteminin sağlam inkişafı üçün vacibdir.

Buna görə də, yağ aldıqda onun xalis kərə yağı olmasına əminliyiniz  olduqca vacibdir. Amerika tədqiqatçılarının 60-cı illərin sonunda "kərə yağı ziyandır” deyib, ölkəni bitki tərkibli marqarin və qarışıq yağlara keçirməsinin faydasızlığını həkimlər artıq etiraf edirlər. Kərə yağı həzm sistemi, orqanizmin metabolizmi üçün yalnız faydalı deyildir, həm də lazımlı və zəruridır. Amerikalılar kütləvi kökəlmələrinə görə xalis kərə yağından imtina etmələrinə və həm də marqarinə "minnətdar” olmalıdırlar.

Ona görə də aldığınız, yediyiniz yağların bitki tərkibli və doymamış yağ turşularından ibarət marqarin olmadığına əmin olun. Rusiya mediası həyəcan təbili çalır! Ölkədə süd məhsulları bazarının son araşdırması belə bir nəticəyə gəlməyə əsas verib ki, Rusiya mənşəli süd məhsulları və yağlarının 70%-i palma yağı tərkiblidir. Təhlükəli bir göstərici kimi dəyərləndirilən bu fakt Rusiya Federasiyasında kərə yağına aksiz markası tətbiq etmək kimi bir tələbi gündəmə gətirib.

Azərbaycanın yeni dövlət standartına görə kərə yağında minimum 80% süd tərkibli yağ olmalıdır. Məsələn, yerli istehsalçılardan Səba kərə yağının 82,5% süd yağına malik olduğu məhsulun üstündə göstərilməsi ilə yanaşı, müstəqil istehlakçıların istəyi ilə laborator analizlərində də öz təsdiqini tapıb. Çünki Səba şirkətində yaxşı bilirlər ki, 1 kq yağ almaq üçün 27 kq süd istifadə etməklə bu faizə nail olmaq mümükündür və bu texnoloji sandarta ciddi əməl olunur.

Amma yerli bazarda hələ də hansı standartlarla istehsal edildiyini bilmədiyimiz və xarici ölkələrdən idxal olunan  nə qədər "kərə yağı” var?
 
Uzunömürlüyün sirrini dədə-babalarımızdan öyrənək. Kərə yağından ziyan görsəydilər, "ürəyimə yağ kimi yayıldı” – deməzdilər!