SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin ən məşhur sənətçilərindən olan, Sultan ləqəbi ilə tanınan Türkan Şoray yeni musiqi albomunu tamaşaçılarına təqdim edib. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, aktrisa "Türkan Şoray söylüyor" adlı ilk albomunun ilk mahnısına klip də çəkdirib. "Olmaz, olmaz bu iş olamaz" mahnısına çəkilən klipin mətbuat konfransında müğənni illərdir xəyalını qurduğu işi nəhayət reallaşdırdığını bildirib:
 
"Bir neçə dəfə cəhd etmişdim, alınmamışdı. Son dövrlər əsasən film və seriallar ön planda olduğu üçün bu istəyimi həyata keçirə bilmirdim. Nəhayət bacardım. Musiqi albomumun olması hər zaman arzum olub. Səhnədən və həyatdan getdikdən sonra səsimin də xatirə qalmasını istəyirəm. Bu albomu məni sevənlərə hədiyyə edirəm". 
 
BAKU.WS