Tanınmış azərbaycanlı model Kamilla Babayeva Rusiyanın məşhur realiti-şoularından birində iştirak edib.
BAKU.WS məlumat verir ki, Rusiyanın "Pyatnitsa" telekanalında yayımlanan "Barışnya-krestyanka" realiti-şousunun bu dəfəki qəhrəmanı azərbaycanlı model Kamilla Babayeva olub. Verilişin digər qəhrəman isə Rusiya vətəndaşı bir xanım olub.
Kamilla Babayeva realiti-şouda şəhərdən kəndə gəlmiş qız obrazını canladırıb. Rusiya vətəndaşı olan xanım isə Rusiyanın kəndindən Bakıya gələrək şəhər həyatını öyrənib.
Realiti-şounun çəkilişləri Rusiyanın Kolbasa kəndində və Bakıda həyata keçirilib.
BAKU.WS