VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ÜMT-nin icraiyyə şurasının 70-ci sessiyasında razılaşdırıldığı kimi bu ilki meteorologiya günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.

Günəşin verdiyi enerji Yerdə bütün həyatın mənbəyi rolunu oynayır. O, havanın, okean axınlarının və hidroloji dövranların hərəkətverici qüvvəsi sayılır.

Günəş bizim əhvalımızı yaradır və bizim gündəlik fəaliyyətimizə təsir edir. O insanlar üçün ruhlandırma mənbəyi rolunu oynayır.
Yerdən təqribən 150 milyon kilometr məsafədə yerləşən, canlı varlıqların əlverişli inkişafı üçün bizim planetimizdə isti şəraiti saxlayan bu ulduz günəş siteminin ürəyi hesab edilir.

Artıq 4,5 milyard ildən çoxdur ki, ərimiş plazmadan ibarət olan bu odlu kürə Yerdə havanın, iqlimin və həyatın hərəkətverici qüvvəsi rolunu oynayır. Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.

Okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperaturun qalxması, atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır.

Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb.

Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, yüzilliyin sonunadək biz temperatur diapozonunun 3 dərəcə C-dən 5 dərəcə C- dək artacağı ilə üzləşə bilərik.

Bu, BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mükünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır.

Günəş, buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir.

Dünyada ən günəşli Yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər.

Ölkəmizdə coğrafi mövgeyi və iqliminə görə günəş enerjisindən daha geniş istifadəsi üçün əlverişli şərait var.
Davamlı cəmiyyətin formalaşmasında Günəşin hansı tərzdə hava və iqlim hadisələrinə təsirinin anlaşılması ÜMT-nın əsas missiyası üçün çox önəmlidir.

BAKU.WS