055 213 76 73
BAKU.WS 19 mart tarixinin qoroskopunu təqdim edir:
Qoç - aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahardan sonra sevindirici hadisələr gözlənilir.
Buğa - maliyyə məsələləri ilə bağlı əlverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.
Əkizlər - ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Axşam uzaq yola çıxmağa dəyər.
Xərçəng - həddindən ziyadə uğurlu gündür. Ovqatınız xoş, maddi durumunuz isə qənaətbəxş olacaq. Odur ki, bu istiqamətdə aktivliyinizi artırmalısınız. Ailə problemlərinə biganə yanaşmayın.
Şir - şəxsi büdcənizdə irəliləyişə nail olmaq üçün gözəl şanslarınız var. Uzun müddət ala bilmədiyiniz borclarınızı və ya haqqınızı almaqda ulduzlar sizə kömək göstərəcək. Axşamı evdə keçirin.
Qız - olduqca müəmmalı gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.
Tərəzi - müəyyən məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Ailə-sevgi münasibətlərindən tutmuş iş prinsipinə qədər rastlaşdığınız olaylar yalnız xeyirli olacaq. Özünüzü bədbinləşdirməyin.
Əqrəb - göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Gününüzü daha maraqlı etmək üçün qonaq getməyə çalışın.
Oxatan - son vaxtlar özünüzə qapılmağınız heç də ulduzların xoşuna gəlmir. Çünki bu kimi hallar insanın ümidini qırır. Nahardan sonra qonaq gedin ki, fikriniz dağılsın. Pul da gözlənilir.
Oğlaq - maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə bayramqabağı bir daha götür-qoy edin.
Dolça - böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.
Balıqlar - neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.
BAKU.WS