SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba rayonunun Əlibəyqışlaq kəndində qəribə məxluq peyda olub.

BAKU.WS xəbər verir ki, kənd sakinlərinin telefonla çəkdiyi görüntülər ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində nümayiş etdirilib.

3 aydır evində qeyri-adi varlığın göründüyünü bildirən kənd sakini ailə üzvlərinin evə girə bilmədiklərini söyləyib.

Kəndin axundu da verilişə gəlib. O, kənd əhalisinin istəyilə proqrama qatıldığını bildirib və həmin qeyri-adi məxluqun tutulması üçün kömək istəyib.

Onun sözlərinə görə, sözügedən varlıq insanlara daş ataraq xəsarətlər yetirir.

Zülfiyyə Qurbanova
BAKU.WS