SİZİN REKLAM BURADA!
055 213 76 73



Oxfam Xeyriyyə Təşkilatının 2018-ci il üzrə apardığı araşdırmarda dəhşətli faktlar üzə çıxıb; 2018-ci ildə varlılar daha da varlanıb, yoxsullar daha da yoxsullaşıb. Rusiyada nəşr olunan “Arqumentı i faktı” həftəliyi məruzəni geniş şərh edib. Məruzədə göstərilir ki., ötən il ərzində dünyanın ən varlı adamlarının varidatı 12 faiz artıb. Ən yoxsul indanların gəlirlərinin ümumi cəmi isə 11 faiz azalıb. Beləliklə də 26 milyarderin varidatının cəmi 3,8 milyard insanın gəlirlərinə bərabərdir.

BAKU.WS Bizimyol-a istinadən xəbər verir ki, məruzədə göstərilir ki, 105 milyon əhalisi olan Efiopiyanın səhiyyəyə ayırdığı büdcə dünyanın ən varlı adamı olan Amazon-un qurucusu və sahibi Cozef Bezosun varidatından 100 (!) dəfə azdır. Bezosun kapitalı 112 milyarddır (!) Braziliyada ən varlı adamların 10 faizi ən yoxsul adamların 10 faizindən az vergi ödəyir. Saxara səhrasına yaxın ölkələrdə əhalinin 37 faizi içməli su qıtlığı yaşayır, 67 faizi elektrik enerjisinin çatışmamasından əziyyət çəkir. Dünyada hər gün 10 min adam hətta ən ucuz tibbi xidmətə belə əli çatmadığı üçün ölür.

Bir çox ölkələrdə gəlirlərin qeyri-bərabər bölgüsünə ədalətsiz vergi sistemi də təsir edir. Bu, ABŞ kimi varlı ölkəyə də aiddir. Məruzədə göstərlir ki, SSRİ dağıldıqdan sonra postsovet məkanında da sosial təbəqələşmə sürətlə gedib. Əgər 1985-ci ildə nisbətən imkanlı adamlar milli gəlirin 4 faizinə sahib idilərsə, 2016-cı ildə 20 faizinə sahib olublar.

Bəs 3,8 milyard insanın gəlirlərin bərabər kapitalı olan o 26 adam kimdir? Məruzədə göstərilir ki, bu 26 adamdan 12-si Amerika Birləşmiş Ştatlarındandır. Birinci üçlükdə Cozef Bezos, Microsoft-un sahibi Bill Geyts və maliyyəçi Uorren Baffet yer alıb. Onların üçünün birlikdə 300 milyard dəyərində varidatı var. Siyahıya 5 Çinli də düşüb. Hərçənd ki, ən varlı çinlinin – Tencent-in sahibi Ma Xuaten cəmi 45,3 milyard dollarla 17-ci yerdə qərarlaşıb. Fransa ən varlı adamların sayı baxımından ölkələrin sıralamasında üçüncüdür. Maraqlıdır ki, 26 nəfərdən 7 nəfəri birdən təkcə informasiya texnologiyaları sənayesinin payına düşür ki, bu da bir sahə üçün göstərici olaraq ən yüksəkdir.

Azərbaycanın ən varlı adamlarına gəlincə, bu haqda yalnız ehtimallar var; dəqiq statistika yoxdur. Azərbaycanda neçə milyarder, neçə nəfər multimilioner, neçə nəfər milyoner olması haqda statistika açıqlanmır. Bu sırada yalnız dövlət məmurlarının, monopolist biznesmenlərin adları çəkilir. Bu da ölkədə kölgə iqtisadiyyatının, korrupsiya və inhisarçılığın olması ilə bağlıdır. Müstəqil iqtisadçı ekspertlərin hesablamalarına görə, Azərbaycanda da təbəqələşmə sürətlə böyüyür, rəsmi məlumatlar isə, bunun əksini bəyan edir.

BAKU.WS