VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabaha gözlənilən hava şəraiti açıqlandı.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Fevralın 16-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü bəzi insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliyin bir qədər çox olması meteohessas insanlarda narahatlıq yarada bilər.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 17-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

BAKU.WS