VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyada 160 min insanın qətlə yetirildiyi adadan hələ də qorxu çəkilməyib.


BAKU.WS xəbər verir ki, İtaliyada kiçik bir ərazisi olan bu ada dünyanın ən qorxunc ərazisi sayılır.

“Ölüm adası” kimi tanınan Povegiya adasına getməyə hələ də heç kim cəsarət etmir.


Qeyd edək ki, bu ərazi əvvəllər turistlərin ən gəzməli məkanı olub. Avropanın vəba xəstəliyələ mübarizə apardığı dövrdə ora gələn turistlər adadakıları virusa yoluxdurur. Adaya gəmi ilə gələn turistlər ərazidə vəba xəstəliyini burada yaydıqdan sonra ərazidə ölüm halları artmağa başlayıb.

Qısa müddətdə ada karantinə alınıb, ora giriş-çıxış məhdudiyyəti qoyulub. Vəziyyət o yerə çatıb ki, burada yaşayanların hamısı vəbaya tutulub.


Hətta Avropada vəbaya tutulanları bu adaya göndəriblər. Orada xəstə insanlar artdığı və vəziyyətin acınacaqlı olduğunu nəzərə alaraq, həmin dövrdəki hökumət orada insanları öldürmək qərarına gəlir. Kənardan həmin adaya od vurulur və adada olan 160 min insan diri-diri yandırılır.


Bu hadisədən sonra ora həkimlər və digər mütəxəssislər cəlb olunub. Ora gedənlər ərazidə yanmış insan qalıqlarının görüntülərini çəkiblər.

Avropanın mərkəzində yerləşən bu “ölüm adası” sonradan insan qalırlarından təmizlənib və orada dəlixana salınıb.


Dəlixana 1992-ci ildə tikilib və ora salınan xəstələr üzərində qorxunc elmi tədqiqatlar aparılıb. Xəstələrin müalicəsi adı ilə onlara işgəncələr verilib. Elmi tədqiqatlar adı ilə onların bədən üzvlərinə müxtəlif müdaxilələr edilib.


“Lobotomi” adlı müalicə üsulu yaradılıb. Belə ki, bu müalicədə insanın beyninə müdaxilələr olunub. Bu əməliyyatlar nəticəsində bir çox xəstənin vəziyyəti daha da pisləşib və onlar ölüblər.


Oranın cərrahı isə bir gün özü də dəli olub və qülləyə çıxaraq özünü hündürlükdən atıb. Deyilənlərə görə, adada qətlə yetirilən insanların kabusu dolaşır.


Orada olan insanların da sonradan dəli olduqları və yoxsulluq üzündən məhv olduğu deyilir. Zaman keçdikcə “ölüm adası” ilə əlaqə kəsilib. Hazırda heç kim adaya yaxın düşməyə cəsarət etmir. Oradan qəribə səslər gəldiyi bildirilir.


Hətta 2014-cü ildə adanın yenidən təmizlənməsi və turistlər üçün açılması təklif olunmuşdu. Lakin bu təklifə İtaliya hökuməti müsbət cavab verməyib.

Ziya SƏCCAD
BAKU.WS