SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Senatının binasında klassik Azərbaycan mahnıısı "Sənə də qalmaz" mahnısı səslənib.


BAKU.WS-in 1news.az-a istinadən məlumatına görə, Buxaradan gələn ifaçı Rəşid Rubinov Buxara yəhudilərinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə sözügedən mahnını ifa edib.

"Bu, azərbaycan və yəhudi xalqlarının möhkəm dostluğunu simvolizə edir" - Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir.

"Sənə də qalmaz" - musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan sevgi haqda lirik mahnıdır. Zamanında bu mahnını Rəşid Behbudov, Lütfiyar İmanov, Müslim Maqomayev kimi sənətkarlar ifa edib. Mahnı, həmçinin, 1963-cü ildə çəkilən "Əhməd haradadır" filmində səslənib.

Hüseyn Məmmədsalahov
BAKU.WS