SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyaca məşhur "Pinterest" fotohostinqində Azərbaycanın milli geyimi İranın milli geyimi kimi təqdim edilib.

BAKU.WS xəbər verir ki, İran istifadəçiləri Əməkdar artist Dilarə Əliyevanın qızı Banu ilə 2016-cı ilin martında etdiyi fotosessiyadan bir fotounu öz milli geyimləri kimi qələmə veriblər.

Sözügedən geyimi hazırlayan modelyer-rəssam Aygün Mahmudova BAKU.WS-ə açıqlamasında bununla bağlı narahatlığını dilə gətirib:

"Yeni kolleksiyam üçün internetdə Azərbaycanın qədim geyim nümunələrini axtarırdım. Təsadüfən rastıma üç il bundan əvvəl hazırladığım geyimim çıxdı. Fikir verdim ki, geyimi İranın milli geyimi kimi təqdim ediblər. Buna görə çox narahatam. Hara müraciət edəcəyimi bilmirəm".

BAKU.WS olaraq sözügedən foto ilə bağlı həmin istifadəçilərə müraciət ünvanladıq. Məsələni diqqətdə saxlayacağıq. 

Hüseyn Məmmədsalahov
BAKU.WS