SİZİN REKLAM BURADA!
055 213 76 73



“WhatsApp” “Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.

BAKU.WS-in məlumatına görə, İOS üçün yeni buraxılan paket “Touch İD” və ya “Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir. Beləliklə, hətta başqasının telefonuna girməklə də “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, “Parametrlər” - “Qeydiyyat” - “Məxfilik” əmrini verib ekranın kilid düyməsinə toxunmaq lazımdır.

Sözügedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.

BAKU.WS