SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı məşhurlar qarşıdan gələn 31 dekabr "Həmrəylik günü" münasibəti ilə Azərbaycan xalqını təbrik ediblər.

BAKU.WS məlumat verir ki, təbrik video çarxında məşhur müğənni Araş, həmyerlimiz Emin Ağalarov və Bah Tee Azərbaycan xalqını təbrik edib və öz ürək sözlərini deyiblər. Məşhurların video müsahibələrini Sankt-Peterburqdakı Azərbaycan Gənclər Birliyinin sədr müavini, AİYA-nın idarə heyətinin üzvü Zülfüqar İsmayılov alıb və rəsmi Youtube hesabında yerləşdirib.
 
Xatırladaq ki, 31 dekabr "Dünya azərbaycanlılarının həmrəylik günü" 1991-ci ildən bəri bayram kimi qeyd olunur. İlk dəfə Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən, 1991-ci il 16 dekabr tarixində azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
 
BAKU.WS