SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
27 yanvar tarixinin qoroskopunu təqdim edir: 

Qoç - yaxın ətrafınızdakı insanlara mövqeyinizi sakit şəkildə çatdırın. Amma onlara öz mövqeyinizi təkid, israrla qəbul etdirməyə, başqalarını da sizin kimi açıq danışmağa çalışmayın.
 
Buğa - ola bilər ki, həyatınızda yeni mərhələ başlasın. Spontan qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.
 
Əkizlər
- ən önəmli anlarda hissiyatınıza güvənin. Hansısa şəxs qanunu pozaraq sizdən rüşvət tələb edirsə, verməyin. Haqqınızı tələb edin, sonadək gedin.
 
Xərçəng -  bu gün yaranan perspektivi dəyərləndirməyə çalışın. Hadisələr gərginləşir, harmoniya və sakitlik məcrası pozulur. Siz sakitlik istəsəniz də, belə olmayacaq. Lakin bir addım da geri çəkilməyin, irəliləyin.
 
Şir - məqsədinizə çatmaq üçün gərəkli bildiyiniz hər şeyi edin. Şəxsi münasibətlərdə emosiyalar həddini aşa bilər, çünki demək istəmədiyiniz həqiqəti söyləyəcək və maskaları yırtmağa can atacaqsınız.
 
Qız -  gün sakit olmayacaq. İşlərinizin maraqları çərçivəsində addımlar atın, eqoist olmayın. Bir məqamda güzəştə getsəniz, digər istiqamətlərdə üstünlük əldə edərsiniz.
 
Tərəzi - gərgin gündür. Qayğı və  öhdəliklərin sayı artacaq. Prinsipial məsələnin həllinin nəzərdə tutulduğu danışıq və ya müzakirə üçün əlverişli gün deyil.
 
Əqrəb - qarşılıqlı güzəşt çox çətinliklə əldə oluna bilər. Təşəbbüsləriniz çoxsaylı maneələrlə qarşılaşacaq. Rəhbərlik və tərəfdaşlarınızla münasibətlərdə çətinliklər yaranacaq.
 
Oxatan - problemlər ruhdan düşməyinizə səbəb olmamalıdır. Əksinə, sizə meydan oxuyanlara rəğmən, onları üstələyin. Çəkinməyin, qorxmayın, tərəddüd etməyin.
 
Oğlaq - alış-verişdə bahalı heç nə almayın. Çünki həmin nəsnə az sonra sizdə təəssüf hissi yarada bilər. Sevdiyiniz insanlarla diqqətli olun.
 
Dolça - gərgin, hadisələr və emosiyalarla dolu gündür. Yaşanan hadisələr nəyin düzəlişə, təkamülə ehtiyac duyduğunu aşkar göstərəcək. Emosiyaları nəzarət altında saxlayın.
 
Balıqlar - situasiyaları münaqişəyə çevirməyin, baş verənləri drammatikləşdirməyin. Günün ikinci yarısı çoxdan bəri tamamlamağı düşündüyünüz işi bitirmək üçün əlverişlidir.

BAKU.WS