SİZİN REKLAM BURADA!
055 213 76 73



8 gün öncə İsmayıllıda yoxa çıxan nişanlı qızı Balayeva Aynurənin anası və qardaşı "Səni axtarıram" verilişinə marasqlı açıqlamalar veriblər

BAKU.WS-in məlumatına görə, yoxa çıxan qızın anası övladını 24 yaşlı qohumu ilə 1 il öncə məcbur nişanladırdığını etiraf edib:

"Oğlan mənim qohumum düşür. Qızım istəmirdi. Amma mən istədim qızım xoşbəxt olsun. Balamı qeyrətlə-namusla istəyirdim köçürüm. İstəmirdim yadların əlinə düşsün. Heç bir xəbər yoxdur balamdan. Qapalı qız idi, rəfiqəsi də yox idi. Evdən çölə çıxan deyildi. Telefona qapanmışdı. Elə qız idi ki, su da içəndə halallıq alırdı.

Bu ayın 13-ü nişanlısı bizdə olub.16-sı da o, yoxa çıxdı. Yeni il qabağı deyirdi ki, oğlanla xasiyyətləri düz gəlmir, ürəyinə yatmır".

Qeyd edək ki, 2016-cı ildən ibadətlə məşğul olduğu deyilən Aynurə, evdən gedərkən hicabda olub.

Aynurənin qardaşı isə bacısının axşam hamı kimi yatmaq üçün yerinə girdiyini qeyd edib:

"Sonuncu dəfə onu görəndə gecə saat 1-də yatmışdı. Səhərə yaxın da yoxa çıxıb. Səhər 5-in yarısı olardı bacısına səsli mesaj atıb. Sonra nömrəsinə zəng çatmadı.

Saat 7-də də mən oyanmışam. Yuxuda gördüm ki, bacım küçədə qadınlarla mübahisə edir. Onun səsi qulağıma gəldi, oyandım. Durub baxdım ki, yoxdur. Qapının ağzından telefonunun qapağını, qırılmış nömrə tapdım. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb".

Verilişin əməkdaşlarına zəng edən iki şəxs Aynurəni Gəncədə gördükləri barədə məlumat veriblər.

Qeyd edək ki, Aynurə ailənin sonbeşiyidir. Atası rəhmətə gedən itkin qızın bir bacı, bir qardaşı da var.

BAKU.WS