055 213 76 73
Bu gün Nobel mükafatı almış yeganə bakılının doğum günüdür. 1908-ci il yanvarın 22-də Nəzəri fizikaya fundamental elmi töhfələr vermiş Sovet fiziki Lev Davidoviç Landau anadan olub.
O, ifrat axıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.
Bakıda yəhudi ailəsində dünyaya göz açan Landaunun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant, ifrat axıcılıq və digər nəzəriyyələri var. O, ifrat axıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.
Həmkarları Landaunu həmçinin böyük yumor hissinə malik insan kimi dəyərləndiriblər.
Landau 1 aprel 1968-ci ildə Moskvada vəfat edib.
BAKU.WS