» » Azərbaycan həbsxanalarında transseksuallar: Elələri var ki...


09-01-2019 | 15:01

  • 1 027

Azərbaycan həbsxanalarında transseksuallar: Elələri var ki...


Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.

BAKU.WS
  oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.


Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər?


“Bu gün Azərbaycan həbsxanalarında transseksuallar yoxdur. Söhbət cinsini dəyişən şəxslərdən gedir. Ancaq qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar az deyil”, - Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mehman Sadıqov deyib


Onun sözlərinə görə, homoseksuallar, əsasən, kişi, lezbiyanlar isə qadın koloniyalarında saxlanılır. Yeri gəlmişkən, lezbiyanların sayı azdır. Onlar üçün heç bir xüsusi güzəştlər tətbiq edilmir. Qayda, qanun və saxlanma şərtləri hər kəs üçün eynidir.


“Biz ayrıseçkiliyin baş verməsinə icazə vermərik. Deyə bilərəm ki, onlar heç bir təzyiqlə üzləşmirlər. Əlbəttə, üzərində işlər aparılan xüsusi qrup var, ancaq ona oriyentasiyasından asılı olmayaraq, hər kəs daxil edilir”, - o bildirib.


Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bəyan edib ki, əgər transseksual qanun pozucularının sayı kifayət qədər olsaydı, o zaman onlar üçün koloniya daxilində xüsusi bölmələr yaratmaq olardı. Bu məhkumların şəxsi təhlükəsizlik maraqlarına görə ədalətli olardı.


Hüquq müdafiəçisi əlavə edib ki, əgər transseksual mühakimə edilsə və bununla yanaşı, onun həyatı və ya sağlamlığı üçün təhlükə olsa, təşkilat onun təhlükəsizliyini təmin etməlidir. Əsasən, bu hallarda digər koloniyaya köçürülmə və ya təcrid edilmə formasından istifadə edilir.


“Əgər xarici görünüşcə qadın, sənədlərdə isə kişi olan şəxs mühakimə edilirsə, o zaman həmin şəxs kişi koloniyasına göndərilir və təhlükəsizliyi təmin edilir. Əlbəttə, bu, sərt rejim olsa da, onun toxunulmazlığını təmin edir”, - o bildirib.


Hüquq müdafiəçisi təsdiq edib ki, həbsxanalarda qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar saxlanılır.


“Bir neçə il əvvəl iki lezbiyan koloniyada toy təqlid edib. “Mavi”lərə gəlincə isə, onları ayaqyoluna yaxın kameralarda saxlayırlar. Homoseksuallar var, amma elələri də var ki, həbsxanada belə olurlar”, - o qeyd edib.


E.Zeynalov bir fakta daha diqqət yetirməyi təklif edib.


Belə ki, transseksualların əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə diqqət yetirək. Əməliyyata qədər kişi cinsi orqanı olan qızları qadın koloniyasına heç kim buraxmaz. Ancaq əməliyyatdan sonra onlar adi qadın olurlar və rahatlıqla qadın koloniyasında qalırlar.


“Əsas problem əməliyyat edilməyən transseksuallarla bağlıdır. Həmin şəxslərin öz cinsindən olan insanlarla eyni koloniyaya salınması, əslində, onların bu cinsdən olanları əks cins kimi görməsi böyük münaqişəyə səbəb olur. Çıxış yolu ya əməliyyatın keçirilməsi, ya da təcrid edilmədir. Ümumiyyətlə, cinsi məsələlərlə bağlı cəzaçəkmə müəssisəsində ciddi problemlərimiz var”, - o əlavə edib.


BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI Şou-biznes Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial ARB-nin efirində gərgin anlar: Aparıcı ilə xanım müğənni arasında qalmaqal - VİDEO ARB-nin efirində gərgin anlar: Aparıcı ilə xanım müğənni arasında qalmaqal - VİDEO Şou-biznes / Video SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Narkotik becərilən istixana tapıldı – FOTO Narkotik becərilən istixana tapıldı – FOTO Kriminal “Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?” “Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?” Əsas Xəbər / Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video
Son əlavəПоследние публикации
Günün ulduz falı - 19 yanvar
19 yanvar 2019

Günün ulduz falı - 19 yanvar

594 Həyat tərzi
Azərbaycan neftinin son qiyməti
18 yanvar 2019

Azərbaycan neftinin son qiyməti

132 İqtisadiyyat
DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18 yanvar 2019

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

691 Əsas Xəbər / Sosial