055 213 76 73
BAKU.WS 2018-ci ilin son gününün - 31 dekabr tarixinin qoroskopunu təqdim edir:
Qoç - yaxşı olar ki, bu təqvimin ilk yarısını oturaq şəraitdə keçirəsiniz. Hər hansı fiziki iş və səfər sizə zərər yetirə bilər. Sonrakı müddətdə isə özünüzə istirahət guşəsi arayın.
Buğa - maraqlı hadisələr yolunuzu gözləyir. Ətrafınızda baş verən hər bir proses daha çox xeyirli nəticə verəcək. Əgər təşəbbüskarlıq öz əlinizdə olmasa, bütün təkliflərdən imtina edin.
Əkizlər - yeni əlaqələr yaratmaq istəyirsinizsə, aktivliyinizi artırın. Çünki bu gün arxasınca getdiyiniz işlərin əksəriyyəti reallaşmalıdır. Heç nəyə, ələlxüsus da insanlara ümidsiz yanaşmayın.
Xərçəng - müəyyən təsirlərə məruz qalsanız da, təmkininizi pozmayın. Əgər rəqibinizi yerində oturtmağa əmin deyilsinizsə, risk etməyə dəyməz. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxasınız.
Şir - nahara qədər əksər istiqamətlərdə düşərli bir gün yaşayacaqsınız. Sonrakı müddətdə isə bir qədər neytral mövqe nümayiş etdirməlisiniz. Daxili şübhələrinizə son qoyun.
Qız - işgüzar sövdələşmələrdə iştirak üçün ideal təqvimdir. Nüfuzlu insanlarla təmasda olmağınız sizi şöhrətə yaxınlaşdıra bilər. Diplomatik bacarığınızı maksimal səviyyəyə çatdırın.
Tərəzi – bacardığınız qədər bütün diqqətinizi dincəlməyə yönəldin. Onsuz da fəaliyyətlə bağlı bütün cəhdləriniz boşa çıxa bilər. Amma uzaq səfərə çıxmağa ehtiyac yoxdur.
Əqrəb - bu gün işgüzar sövdələşmələrdə iştirak etmək olduqca əhəmiyyətlidir. Bu baxımdan tövsiyələrimizdən maksimum istifadə etməyə çalışın. Axşama doğru qonaq getmək də əlverişlidir.
Oxatan - ilahi qanunlara əməl etmisinizsə, ulduzlar sizə yardımçı olacaq. Nahar ərəfəsində və sonrakı saatlarda bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür. Buna hazır olun.
Oğlaq - hansısa məclisə dəvət alacağınız gözlənilir. Bu, daxili təlatümlərinizin sakitləşməsinə səbəb ola bilər. Hər halda, ovqatınız xeyli yüksələcək. Sütunu möhkəm olan planlarınızı bir daha götür-qoy edin.
Dolça - bəxtinizdə çox uğurlu bir gün durur. Əzmkarlığınızı artırmaqla bu proqnozu reallığa yaxınlaşdırın. Şəxsi işlərinizdə böyük dönüş start götürə bilər. Perspektivli təkliflər də mümkündür.
Balıqlar - təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoş nüanslar nəzərə çarpacaq. Hətta sevindirici xəbər və ya təklif də ala bilərsiniz. Sonrakı müddətdə isə neytrallığınızı təmin etməlisiniz.
BAKU.WS