SİZİN REKLAM BURADA!
055 213 76 73



İngiltərədə polis məmuru olan Şermin Kentmen “İnstagram”da paylaşdığı fotoların hesabına məşhurlaşıb.


BAKU.WS xəbər verir ki, 27 yaşlı Kentmen 9 il bundan əvvəl polislik karyerasına başlayıb. O, 18 yaşında Polis Akademiyasına daxil olduqdan sonra idmanla da məşğul olmağa başlayıb.

Atası kimi polis məmuru olmaq istəyən Kentmen ilk əvvəl “Twitter”də hesab açıb. Burada boş vaxtlarında çəkdirdiyi fotoları paylaşıb. Onun buradakı paylaşmaları böyük marağa səbəb olmuşdu.

Bir müddət sonra Kentmen “İnstagram”da səhifə açıb və qısa müddətdə özünə böyük izləyici kütləsi yığıb.

Özü də bilmədən “İstagram” fenomeni olan Kentmen sonradan polis məmuru vəzifəsindən istefa verərək, mütəmadi olaraq idmana və modelliyə meyl edib.

Məşqlərdən fotolar çəkərək “İnstagram”da paylaşan Kentmen bununla da izləmə rekordu qırır.

Cavid Babayev
BAKU.WS