VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
22 dekabr tarixinin qoroskopunu təqdim edir: 

Qoç - hər hansı fəaliyyət üçün qənaətbəxş vaxt olmadığından bu təqvimi daha çox istirahətə həsr etməyiniz məsləhətdir. Əgər ovqatınız imkan versə, yaxınlarınıza baş çəkməyə çalışın. 

Buğa - səhhətinizi qoruyun ki, bu təqvimi xoş ovqatda keçirəsiniz. Ələlxüsus da əzələlərinizə diqqət yetirin. Günün ikinci yarısında perspektivli görüşlər və pul gözlənilir.

Əkizlər - dekabr ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik göstərməlisiniz.

Xərçəng - yaxşı olar ki, bu təqvimdə əsas diqqətinizi sevgi amilinə yönəldəsiniz. Bu, rahatlığınızı təmin etməklə bahəm, növbəti günlər üçün də sevindirici məqamlarla üzləşəcəyinizə təminat verəcək.

Şir - hər mənada uğurlu bir gün yaşayacaqsınız. Bir tərəfdən iştirakçısı olduğunuz proseslərin ahəngdarlığı, digər tərəfdənsə şəxsi işlərinizdə dönüş yaranması ovqatınızı xeyli yüksəldəcək.

Qız - aldanma ehtimalınız var. Bu səbəbdən də bələd olmadığınız insanların sözlərilə oturub-durmayın. Yarımçıq işlərinizi yekunlaşdırın. Nahardan sonra səhhətinizin qayğısına qalın.

Tərəzi - qarşınızda səmərəli bir gün durur. Xoşxasiyyət adamlarla rastlaşacaqsınız. Bu, gələcək planlarınızın reallaşmasına kömək göstərə bilər. Müqəddəs ziyarətgahlara getməyi də unutmayın.

Əqrəb - astroloji göstəricilər ciddi işlərlə məşğul olmağınızı tövsiyə edir. Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın. 

Oxatan - hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin.

Oğlaq - risk etmək məcburiyyətində qaldığınız güman olunur. Belə məqamlarda tərəddüd etməyiniz yersizdir. Əmin olun ki, cəsarətiniz hesabına çox şeyə nail ola bilərsiniz. 

Dolça - gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız. Günün ikinci yarısında mərhumlarınızı yad edin.

Balıqlar - yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz.

BAKU.WS