SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün AYB sədri, xalq yazıçısı Anarın nəvəsi, Günel Anarqızının qızı Dənizin "Alov Qüllələri"ndə toy mərasimi baş tutub.
 
BAKU.WS axar.az-a istinadən məlumat verir ki, AYB sədrinin nəvəsi keçmiş baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun qardaşı oğlu Vüsal Həsənovla nikaha daxil olub.
 
Gənclərin toy mərasimində  Eldar Həsənov, Fikrət Qoca da iştirak edib.  Toyun ifaçıları xalq artistləri Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, aparıcısı isə Nərgiz Cəlilova olub.
 
Qeyd edək ki, yazıçı Anarla Eldar Həsənovun uzun müddətdir dostluq əlaqələri var.
 
BAKU.WS