VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Report” Azərbaycan teatrlarında bilet qiymətlərini öyrənib.

Həmin qiymətləri təqdim edirik:

Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyişir.

Azərbaycan Dövlət Musiqili Teatrında uşaqlar üçün biletin qiyməti 6 manat, böyüklər üçün isə 8-10 manatdır. Uşaqlar üçün Yeni İl şənliyinin qiyməti isə 8 manatdır. Biletə hədiyyə də daxildir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün biletin qiymətləri 5,6,7 AZN, böyüklər üçün isə 11-16 AZN-dir. iTicket.az saytında isə “Karmen” və “Manon Lesko” tamaşasına biletin qiyməti 33 AZN-ə qədərdir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə qiymətlər standart olaraq 3 AZN təşkil edir.

Bakı Uşaq Teatrında biletlərin qiyməti uşaqlar üçün 5 AZN-dir. Teatrdan "Report"a bildirilib ki, bəzən böyüklər üçün də tamaşalar oynanılır və bu zaman biletin qiyməti 7 AZN olur.

Azərbaycan Dövlət Pantomima Teatrında uşaqlar üçün bilet qiymətləri 5 AZN, böyüklər üçün isə 7 AZN-dir.

Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün biletin qiyməti 5 AZN-dir. Axşam tamaşaları 15 AZN, premyera tamaşalarınin qiyməti isə 20 AZN olur.

Gənc Tamaşaçılar Teatrında biletlərin qiyməti 6-8 AZN aralığındadır.

Gəncə Dövlət Dram Teatrında bilet qiymətləri 1-2 AZN-dir. Proqrama əlavə olunduqda isə biletin qiymətinin dəyişməsi mümkündür.

Sumqayıt Dövlət Dram Teatrında biletlər uşaqlar üçün 2 AZN, böyükər üçün 5-6 AZN-dir.

Şuşa Dövlət Musiqili Dram Teatrında biletlərin qiyməti 2-5 AZN-dir. Teatr yeni binaya köçürüldükdən sonra qiymətlərin dəyişilməsi gözlənilir.

BAKU.WS