VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
11 dekabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərə çıxmaq olar.

Buğa - ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

Əkizlər - iş yoldaşlırınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, Yaradan xatirinə təmkin göstərib neytrallığınızı qorumağa çalışın.

Xərçəng - göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.

Şir - o qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

Qız - ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

Tərəzi - aAilə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. İşlə bağlı məsuliyyətinizi dərk edin.

Əqrəb - himayədarınız olan Yupiterin aktivləşməsi sizlərdə dini-mistik dəyərlər aşılayacaq. Bu səbəbdən də Tanrıya zidd olan addımlar atmamalısınız. Yaxşı olar ki, müqəddəs ocaqlara gedəsiniz.

Oxatan - yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsinə xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

Oğlaq - təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Müştərək fəaliyyətdən uzaq olun.

Dolça
- bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər qalan işlərinizin normal olacağını bildirir. Pul məsələlərində isə ehtiyatlı olun.

Balıqlar - fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

BAKU.WS