VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Dövlət Turizm Agentliyi və Dövlət Turizm Bürosunun dəstəyi ilə 04 Dekabr tarixində Azərbaycan Otellər Assosiasiyasının birinci assembleyası keçirilib.


BAKU.WS-in məlumatına görə, Azərbaycan Otellər Assosasiyasının turizm sənayesinin otel infrastrukturunu inkişaf və dəstəkləmək məqsədilə yaradılıb. Tədbirdə Azərbaycan Otellər Assosiasiyasının təşkilati strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək turizmin inkişafında qarşıda duran məsələlər və onların həlli, turizmdə mövsümilik həmçinin otellərin ulduz təsnifatı və digər vacib məqamlar haqqında məlumat verib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə Otellər Assosiasiyasının yaradılmasının zəruriliyindən və onların qarşısında duran öhdəliklərdən bəhs edib.


Gilan Otelçilik Qrupunun (Gilan Hospitality Group) İcraçı Direktoru Elgün Məmmədov Azərbaycan Otellər Assosiasiyasının vitse-prezidenti seçilmişdir. Elgün Məmmədov Azərbaycan Otellər Assosiasiyasının yaradılması və fəaliyyəti ilə bağlı öz fikirlərini bildirib:

"Son illərdə Azərbaycan turizmində baş verən kəskin artışın nəticəsi olaraq ölkəmizdə strateji qurumlar olan Azərbaycan Dövlət Turizm Agentliyinin və Turizm Bürosunun yaradılması turizm sektorunda ciddi dəyişikliklərə səbəb olacaq. Bu fəaliyyətlərin daha bir mühüm tərəfi otel infrastrukturu və ulduz təsnifatlarının tənzimlənməsində mühüm rol oynayacaq Azərbaycan Otellər Assosiasiyasının yaradılmasıdır. Gilan Otellər qrupunun idarəçiliyində olan Qafqaz Otellər Şəbəkəsi, Kaspia Otellər şəbəkəsi, Pullman Baku və Chenot Palace Gabala otelləri assosiasiya ilə sıx əlaqədə ölkənin turizm sektoruna önəmli töhfə verəcəklər".

Gilan Hospitality Group əməkdaşları bu yolda Elgün Məmmədova uğurlar diləyir, öz dərin təcrübəsi və turizm sənayəsinə davamlı verdiyi töhfə ilə Azərbaycan Otellər Assosiasiyasının inkişafına tam dəstək olacağına əmindir.  

BAKU.WS