SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq.

2018-ci ildə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən onlarla filmdə təkrarolunmaz ekran əsərləri, parlaq xarakterlər yaratmış Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 ili tamam olur.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən Məmmədovun 80 illik yubileyinin qeyd olunması haqqında” sərəncamının icrasını təmin etmək üçün cari ilin dekabr ayının 6-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda tanınmış kino simalarının, ailə üzvlərinin iştirakı ilə yubiley gecəsi keçiriləcək.

BAKU.WS