VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
3 dekabr tarixinin qoroskopunu təqdim edir:


Qoç - İlk növbədə şəxsi büdcənizin durumunu dirçəltməyə çalışın. Çünki indiki məqamda problemlərinizin az qala hamısı pula bağlıdır. Əgər planlaşdırmısınızsa, səfərə çıxa bilərsiniz.

Buğa - Günün ilk yarısında bir qədər pərişanlığınız gözlənilir. İnsanlara münasibətinizi dəyişin. İşlə bağlı gözləntiləriniz müsbət nəticə verməlidir. Digər yeniliklər də gözlənilir.

Əkizlər - Qarşınızda bir qədər gərgin gün durduğundan bacardığınız qədər təmkin nümayiş etdirməlisiniz. Ailədaxili problemlərinizin həllinə çalışın, onlarla birlikdə əylənməyə çalışın.

Xərçəng - Maraqlı və zövqlü bir gün yaşayacaqsınız. Sizi dəstəkləyənlər də çoxalacaq. Xeyirxah əməllərinizin sayını artırın. Təxminən saat 16-dan etibarən fəaliyyətinizdə dönüş olmalıdır.

Şir - Göy qübbəsi məsləhət görür ki, nahara qədər enerjinizi dağıtmayasınız. Çünki sonrakı müddətdə bir neçə istiqamətdə fəallaşacağınız gözlənilir. Axşam riskli görüşlərə razılıq verməyin.

Qız
- Ulduzlar məsləhət görür ki, gün ərzində özünüzü çox yormayasınız. Vaxt tapıb qohum-əqrəbanıza da baş çəkin. Günün ikinci yarısında işgüzar sövdələşmələrə başlamaq uğurlu nəticə verəcək.

Tərəzi - Yalnız münasibətləri düzəltmək baxımından uğurlu gündür. Bu səbəbdən fəaliyyətə çox da aludə olmayın. Vəziyyəti dirçəltmək üçün ilk növbədə ailədən başlayın. Onların könlünü alın.

Əqrəb
- İşlə bağlı aktivliyinizi artırın. Aldığınız hər bir tapşırığı ləyaqətlə icra edin. İnsanlara elə münasibət göstərin ki, qoy sizə güvənənlər daha da etibar etsin. Əks cinslərə qarşı kobud olmayın.

Oxatan - Səhhətinizin qayğısına qalsanız, gün ərzində digər xoşagəlməzliklərlə rastlaşmayacaqsınız. Xüsusən də nəqliyyatda ehtiyatlı olmalısınız. Tanımadığınız adamlarla təmasa girməyin.

Oğlaq - Qarşınızda xoş bir gün durub. Qarşılıqlı münasibətlərdə mövcud olan kəm-kəsirlər xeyli yumşalacaq. Yüksək çinli adamlarla görüşləriniz perspektivlərinizi reallığa yaxınlaşdıracaq.

Dolça
- Maliyyə çətinliyiniz olsa da, bu tarixi sıxıntı için də başa vurmayacaqsınız. Əksinə, qarşınıza çıxan insanlar sizə böyük ümidlər verəcək. Dəyərli məsləhətləri eşitməyə hazır olun.

Balıqlar - Dünəndən mənfi yüklü Ay bürcünüzə daxil olduğu üçün nəzərdə tutduğunuz işlərin həyata keçməsində əngəl ola bilər. Qətiyyətinizi azaltmayın. Bu gün maddi durumunuzda irəliləyiş olsa da, səhhətinizi də qorumalısınız.

BAKU.WS