SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Departamentdən BAKU.WS verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.


Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var.


Noyabrın 29-u gündüzdən 30-u gündüzədək qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi bildirilir.


Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


BAKU.WS