SİZİN REKLAM BURADA!
055 213 76 73



Lerik rayonunun Kaqoy kəndində özünü “ikinci allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub. Hətta, onun yanına gəlib-gedən şəxslər arasında bir sıra tanınmış insanlar, məmurlar və incəsənət adamları da var.

BAKU.WS minval.az-a istinadən xəbər verir ki, Məmmədsəfa kişinin fəaliyyəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən xəbəri eşidənlər, təəccüblənməklə yanaşı, müasir dövrdə hələ də, bu cür insanların olduğuna inanmaqda çətinlik çəkirlər. Mövzunun aktuallığını nəzərə alaraq bu məsələ də daim həssaslığı ilə seçilən media nümayəndələrindən münasibət öyrənməyə çalışdıq.

Məsələyə münasibət bildirən “AzVision” saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, VII əsrdə kiminsə, özünü peyğəmbər elan etməsi ilə XXI əsrdə Allah elan etməsinin arasında heç bir fərq yoxdur:

“Mahiyyətcə ikisi də eyni hadisədirlər. Heç birinin sübutu yoxdur, ikisinə də istəyən inana, istəməyən də inanmaya bilər”. Minval.info saytının baş redaktoru Məhəmməd Türkmən isə qeyd edib ki, indiki dövrdə buna inananlar varsa, deməli həmin adamlar dünyanın ən cahil şəxsləridir:

“Mağarada yaşayır, adını belə yaza bilmir. Mənim üçün fala, falçıya, cindara inanan belə biridir və bundan artıq da deyil. Hətta həkimə ehtiyacı var. Mütləq həkimə getsin. Özünə hörmət edən, dünyagörüşü, savadı olan şəxsin falçının yanında nə işi var? Elə adamlara səslənirəm. Pulları çoxdur və inanmağa yer axtarırlarsa, gəlsinlər yanıma, məndə çomaq var. Kimi onunla döysəm həyatı uğurlu olur, gəlsinlər çomaqla vurum. Bəlkə də onlara “cin girib”, cini çıxardaq”.

BAKU.WS