SİZİN REKLAM BURADA!
055 213 76 73



1971-ci ildə istehsal edilən avtomobillə dünya səyahətinə çıxan kolumbiyalı bir xanım turist hazırda Azərbaycandadır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu qadın 9 aydan çoxdur ki, maşında yatır, hətta avtomobilində yaranan nasazlığı da özü təmir edir. İki gündür Bakıda olan 58 yaşlı Analusia Perestemon təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb.

Analusia Perestemonun avtomobili də görənlərin marağına səbəb olur. 

Getdiyi bütün ölkələrdə o, böyük maraqla qarşılanır. Artıq 2 gündür ki, Bakını gəzən turist paytaxtımızın çox müasir görünüşlü şəhər olduğunu bildirir.

Turist xanım İranı da gəzdikdən sonra yenidən Azərbaycana qayıdacaq və gəldiyi marşrutla Kolumbiyaya qayıdacaq.

BAKU.WS