SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
25 noyabr tarixinin qoroskopunu təqdim edir:


Qoç - əsas gücünüzü fəaliyyətə yönəldin. Perspektivli pul sövdələşmələrini qətiyyən təxirə salmayın. Nahardan sonra isə istənilən işgüzar sövdələşmədə ehtiyatlı olmağa çalışın.

Buğa
-başınızı iş-güclə o qədər qatmısınız ki, insanlarla davranışlarınız, həmçinin ailə-sevgi münasibətləriniz arxa plana keçməyə başlayıb. Daha mənalı yaşamaq üçün bu qüsurları dəf edin.

Əkizlər -ilk öncə qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmağa çalışın. İstər ailə-sevgi, istərsə də həmkarlarla davranışları mülayimləşdirin. Uzaq yola çıxmayın.

Xərçəng - ikitərəfli əməkdaşlığa, yeni layihələrin müzakirəyə çıxarılmasına çalışmaq üçün çox düşərlidir. Heç kimə şübhə ilə yanaşmayın. Aktiv olun və inanın ki, aldadılmayacaqsınız.

Şir - günün ilk yarısını oturaq şəraitdə keçirməyiniz məsləhətdir. Onsuz da qeyri-adi hansısa uğurunuz gözlənilmir. Saat 14-dən sonra isə hər şey ürəyinizcə olacaq, özünüzə güvənin.

Qız - əgər sağlıq durumunuz imkan verirsə, fəallığı artırmağa dəyər. Təcrübəli insanların məsləhətlərindən yararlanın. İdeyalar verməyi daha çox öz üzərinizə götürün.

Tərəzi - havalar münasib olduğundan astroloji göstəricilər nəzərdə tutduğunuz təqdirdə uzaq yola çıxmağı tövsiyə edir. Amma gərək sağlıq durumunuzu da nəzarətdə saxlayasınız. Təmiz havada çox olun.

Əqrəb - humanist bürc olsanız da, Göy qübbəsi bu gün hisslərinizi idarə etməkdə zəif olacağınızı bəyan edir. Bu yerdə mütləq təmkin göstərməli, bədxahlara əhəmiyyət verməməlisiniz.

Oxatan - günün ilk yarısında mənəvi səhvlər törətməkdən çəkinsəniz, qalan müddətdə hər hansı problemlə üzləşməyəcəksiniz. Saat 15-17 aralığı çox uğurlu hadisələr gözlənilir.

Oğlaq - orqanizminizdə baş qaldıran nasazlıq bəzi planlarınızın icrasına əngəl yarada bilər. Amma reallığı nəzərə alsanız, saat 15-18 aralığında uğurlara yetişə bilərsiniz.

Dolça - çoxdan bəri nəzərdə tutduğunuz ideyaları nəhayət ki, həyata keçirməyi bacaracaqsınız. Amma bu istiqamətdə təkbaşına hansısa addımı atmayın. Qəlbinizə yaxın adamlarla bir araya gəlin.

Balıqlar - yaxşı olar ki, bu təqvimdə yalnız adi işlərlə məşğul olasınız. Çünki istənilən risk və yeniliyə cəhd uğursuzluqla nəticələnə bilər. Günorta saatlarında müəyyən qədər gəlir gözlənilir.

BAKU.WS