SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycana yeni krossover avtomobilinin gəlməsi gözlənilir.


Volkswagen Bakı Mərkəzi “Marja"ya istinadən xəbər verir ki,  tam yeni, 3-cü nəsil Touareg 2018 modeli müştərilərə təqdim olunur. Artıq sifarişlər qəbul edilir. İlk yeni Touareg-lərin Noyabr ayının sonlarında Volkswagen Bakı Mərkəzinin Babək prospektindəki satış salonunda olacaqdır.

İlk dəfə 15 il əvvəl təqdim olunan Touareg, Volkswagen ailəsinin ilk krossoveridir. Hal-hazırda Volkswagen bir çox SUV tipli avtomobil istehsal etsə də, Touareg flaqman model olaraq qalmaqdadır. Yeni Volkswagen Touareg-i digərlərindən fərqləndirən nədir?


ÖLÇÜLƏR VƏ PLATFORMA

Yeni Touareg-in ölçüləri 4878 x 7984 x 1702 mm-dir. O keçmiş nəsil Touareg-dən 77 mm daha uzun, 44 mm daha geniş və 7 mm daha alçaqdır. Yük bölməsinin həcmi ciddi şəkildə böyüyərək 687 lt-dən 810 lt-dək artıb.

Yeni model üçün istifadə olunmuş MLB Evo platforması üzəridə Porsche Cayenne, Audi Q7, Lamborgini Urus və Bentley Bentayga kimi məşhur modellər istehsal olunur. Gövdədə allumiumdan istifadəni 48% artırmaqla Yeni Touareg-in çəkisi 106 kq azaldılmışdır.

EKSTERYER VƏ İNTERYER

Yeni Volkwagen Touareg-in eksteryerinə baxdıqda həyacanlanmamaq mümkün deyil, çünki qarşınızda artıq premium seqmentə aid SUV var. Onu keçmiş nəsil Touareg ilə müqayisə etmək mümkün deyil, çünki Yeni Touareg tamamilə yeni görünüşə malikdir. R-line komplektasiyaya malik Yeni Touareg-də dəyişiklikləri saymaqla bitmir: 21 düymlük yüngül lehimli disklər, sport görünüş verən xəttlər, ön buferin yan havaalma bölmələri və sairə.


IQ Light sisteminə malik Yeni Touareg öz müasir funksiyalarına görə sizin smartfonlarınızla yarışa bilər. Döngəyə və hündürlüyə görə tənzimlənən, gecə görüşü funksiyasına malik, qarşıdan gələn sürücülərə mane olmayan ağıllı işıq sistemi və digər xüsusiyyətləri yalnız Yeni Touareg-də görə bilərsiniz.

Salona daxil olduqda isə, buradan ayrılmaq istəməyəcəksiniz. 2 ədəd böyük ekran - 12 düymlük (öz seqmentində maksimal ölçü) alətlər paneli və 15 düyümlük multimediya ekranı. Sürücü və sərnişinlərin rahatlığı və komfortu üçün bütün incəliklər düşünülüb, hətta öz Touareg avtomobilinizin interyerini zövqünüzə və ya geyiminizə uyğun rəngdə işıqlandıra bilərsiniz. Yüksək alman keyfiyyəti özünü ən kiçik detallarda belə göstərir.


MÜHƏRRİK VƏ SƏRFİYYAT

Böyük krossoverə sürət və güclü mühərrik lazımdır. Yeni Touareg 3 litrlik, 340 at gücündə benzin turbo V6 mühərrik ilə təchiz edilir. Yeni Touareg 100 km/saat sürəti cəmi 5.9 saniyəyə toplayır.

Mühərrik güclü olduğu qədər sərfəlidir, Yeni Touareg-in yanacaq sərfiyatı sürücüləri sevindirəcək:

-Şəhər daxili – 11.5 L
-Şəhərdən kənar – 7.6 L
-Qarışıq – 9.1 L


QİYMƏTLƏR

Volkswagen Bakı Mərkəzi Yeni Touareg-i 3 komplektasiyada təklif edir: R-line Status, R-line Lux və R-Line LUX Black Style. Avtomobilin ən ucuz versiyası olan R-line Status 115 min 450 manata təklif olunur. Orta təchizatlı R-line Lux-a sahib olmaq üçün 135 min 850 manat, ən zəngin təchizatlı, interyeri ilə bərabər eksteryeri ilə də digər iki versiyadan fərqlənin R-Line LUX Black Style-a sahib olmaq üçün isə 144 min 350 manat tələb olunur.


Yeni Touareg rəqibləri ilə müqayisədə daha münasib qiymətlərə təklif olunur. Üstəlik Yeni Touareg daha müasir texnologiyalara malikdir.
Yeni Touareg-ə maraq həddindən artıq böyükdür. Artıq idxal olunan avtomobillərin böyük hissəsi öncədən sifariş olunub. Avtomobillərin sayı məhdud olduğundan ilk sifariş verənlər Yeni Touareg-in sahibi olacaqlar.

Yeni Touareg modelləri artıq noyabr ayında Azərbaycanda olacaq, ancaq ona sahib olmaq üçün gözləməyə ehtiyac yoxdur. Siz artıq bu gündən Volkswagen Bakı Mərkəzinə yaxınlaşaraq öz sifarişlərinizi edə bilərsiniz.


Yeni Touareg-in ilk sahibi siz olun!

Ünvan: Babək prospekti 35A, Volkswagen Bakı Mərkəzi
Tel.:*7788
http://www.volkswagen.az/touareg.php