VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS 22 noyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- dəhşətli və qərəzli fikirlərdən əl çəkin. Əks təqdirdə hər şeydən məhrum ola bilərsiniz. Çünki insanların dözüm və güzəşt limmiti tükənməz deyil.

Buğa
- lazımsız əlaqələrə son qoymağı bacarsanız, ulduzlar sizə xoş bir gün bəxş edəcək. Enerjinizi yalnız xeyirxah işlərin həllinə və maliyyəyə yönəldin. Yuxusuzluğa qarşı əncam çəkin.

Əkizlər - neçə vaxtdan bəri mövcud olan pulla bağlı sıxıntılarınız nəhayət ki, aradan qalxmağa başlayacaq. Bu isə həmişə olduğu kimi ovqatınızın yüksəlməsinə stimul verəcək.

Xərçəng - tale imtahanlarından birini vermək üçün bu gün qarşınıza çıxan hər bir hadisəyə imanla yanaşın. Nəzərə alın ki, Böyük Yaradandan gizli heç nə yoxdur. Doğmalarınıza baş çəkin.

Şir - dəyişkən iqlimlə mübarizədə əzmkar olun ki, qarşıda duran perspektivlərə yetişəsiniz. Öz təklif və əmrlərinizlə müsahiblərinizin işini çətinləşdirməyin. Gecəni öz evinizdə keçirin.

Qız - astroloji göstəricilər naharaqədərki vaxtı adi işlərə həsr etməyi məsləhət görür. Bütün görüşlərdə ehtiyatlı olun. Sonrakı müddətdə isə fəaliyyətdə müəyyən uğurlarınız mümkündür.

Tərəzi
- ulduzlar bu gün əsas ixtiyarı öz əlinizə verəcək. Bu isə gözlənilən hadisələrin nəticəsini qərarlarınızdan asılı edəcək. Hər şey müvafiq olsa, nahardan sonra ovqatınız yüksələcək.

Əqrəb - günün birinci yarısında əsəblərinizi qorumağı bacarın ki, Göy qübbəsinin sürprizləri sizdən yan keçməsin. İnsanlara əşya kimi deyil, Tanrının yaratdığı ali varlıq kimi baxın.

Oxatan - bürcünüzdəki müsbət kosmik fon ümumi işlərinizdə xeyli irəliləyiş yaradacaq. Həm fəaliyyətdə, həm də münasibətlərdə sevinəcəksiniz. İstənilən yeni təklifə razılıq verin.

Oğlaq - əgər əsas gücü ünsiyyətin mülayimləşdirilməsinə yönəltsəniz, ulduzlar sizi sevindirəcək. Hətta maddi durumunuz da qənaətbəxş hala gələ bilər. Bu gün yaxın səfərə çıxmaq olar.

Dolça - yaşamağın çox çətin olduğu indiki vaxtda "körpüləri yandırmaq" sizə yaramaz. Ən azı xoş gələcəyiniz üçün bunu etməməlisiniz. Davranışda səmimi, sağlamlığınızda ehtiyatlı olun.

Balıqlar - günün ümumi mənzərəsi normal olsa da, bəzi səhvlərdən yaxa qurtarmağa çalışın, ələlxüsus da münasibətlərdə. Dəqiq olmayan məsələlərə yekun münasibət bildirməyin. Gəlir də mümkündür.

BAKU.WS