SİZİN REKLAM BURADA!
055 213 76 73



"Rabitəbank" tərəfindən təqdim olunan ”Bizkart” sahibkarların ən yaxın dostuna çevrildi.


"Rabitəbank"ın VÖEN-ə bağlı olan ”Bizkart”ı avtomatik vergi ödənişi funksiyası ilə vergiləri gecikdirmədən ödəmə imkanını təqdim edir. Həmçinin sərfəli nağdlaşdırma imkanı, pulsuz mobil bankçılıq, hesab üzrə əməliyyatlara nəzarət funksiyaları da kartın üstün cəhətlərindəndir. Dünyanın istənilən yerindən, banka gəlmədən bütün bank əməliyyatlarını həyata keçirmək, həyata keçirilən əməliyyatların təhlükəsizliyindən tam əmin olmaq Rabitəbankın müştəriləri üçün təmin etdiyi imkanlar sırasındadır. Bundan əlavə kartla bağlı yaranacaq istənilən sual və probemlərin həlli üçün Məlumat mərkəzi və Rabitabot Telegram botu 24 saat müştərilərinin xidmətindədir.

Eyni zamanda kartla maraqlananlar üçün Bizkart.az saytı da mövcuddur. Burada kart haqqında bütün məlumatlar, tariflər, üstünlükləri ilə bağlı informasiya öz əksini tapır. Sayta daxil olaraq “Sifariş” bölümündən onlayn şəkildə ”Bizkart” sifariş etmək də mümkündür.

Kartın yaxın zamanlarda təqdim olunmasına baxmayaraq artıq xeyli istifadəçi ölkə daxilində və xaricində bir çox əməliyyatlar həyata keçirmiş və onun funksionallığı barədə sosial şəbəkə hesablarında yazılar yazmışlar.


ALZA butikin və WoWoman təşkilatının qurucusu Zara Hüseynova ”Bizkart” istifadəçisi olduqdan bir müddət sonra kart haqqında ümumi fikirlərini sosial şəbəkədəki izləyiciləri ilə bölüşərək bildirdi: “Kartı səyahətim boyunca işlətdim, hər şey çox rahatdı: kartdan pulu asanlıqla çıxartmaq olur. Mobil və internet bank xidmətlərini də bəyəndim”.


Kartla bağlı digər bir şərh isə Technote.az saytının qurucusun Fərid Pərdəşünasdan gəldi. Mövzuya freelancer fəaliyyət göstərənlərin gözü ilə baxan Fərid bunları qeyd etdi: “Bu hesabı açarkən diqqət etdiyiniz ən önəmli məqam bankın supportu və internet bankingidir. Çünki, bütün əməliyyatlar onlayn olmasa, işiniz düçəcək çətinə. "Rabitəbank"a gələn yaxşı feedbackları görüb hesabı keçirdim bura.”


Bir müddət əvvəl intellektual verilişlərin aparıcısı olan Rahil Sayadoğlu da “”Bizkart”ın istifadəçisi olduğunu bildirdi. Hətta çox razı qaldığını belə ifadə etdi: “Mən də getdim Rabitənin Biznes kartını aldım. Keyfiyyət perfekto !) Hiss eliyirəm ki, sivil dünya ilə rabitə qururam. Həm operativ cavab verirlər, həm bankomatdan nağd çıxarış, həm onlayn ödəniş – bakılılar demiş, məsləhətdü”

23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə xidmət göstərən Rabitə bank 25 illik fəaliyyət tarixində daim yenilikləri və sərfəli təklifləri ilə müştərilərinin sevimlisinə çevrilə bilib. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

BAKU.WS