VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
14 noyabr tarixinin qoroskopunu təqdim edir:


Qoç - maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edə bilərsiniz. Günün ikinci yarısında alış-veriş məsləhət deyil. Əsla ehtiyac duymadığınız əşyalar və ya məhsullar ala bilərsiniz.

Buğa - günün ilk saatları gərgin və çətin olacaq. İşlərin əksəriyyəti gözləntilərinizin əksinə olacaq. Dostlar, yaxınlar və qohumlarla ünsiyyətdə problemlər yaranacaq. Əhvalınız yaxşılaşacaq, nikbin və qüvvələrinizə əmin olacaqsınız.

Əkizlər - əvvəllər başladığınız işi başa vurmaq imkanı var. Bütün diqqəti işlərə yönəldin. Ailə üzvlərinin əyləncə və istirahət tələblərini qulaqardına vurun. Onlardan fərqli olaraq, sizin boş vaxtınız yoxdur və üstəlik, pul qazanmalısınız.

Xərçəng - söhbət və görüşlərin heç də hamısı xoş olmayacaq. Başqa günlərdə mütləq şəkildə yayınmağa çalışacağınız söhbətlərə, müzakirələrə qatılmaq məcburiyyətində qalacaqsınız. Təmkinli, soyuqqanlı olun. Təxribatlara uymayın.

Şir - çalışmaq və fəaliyyət göstərmək üçün əla gündür. Gərgin durumlara rəğmən istənilən sahədə məhsuldar çalışaraq ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Münasibətlərinizdə emosional "partlayış"a və pafosa imkan verməyin.

Qız - gün ərzində təmkinli və səbrli davranmaq çətin olsa da, bunu edin. Yaxın ətrafınızdakı insanlara soyuqqanlı olduğunuzu nə qədər çox nümayiş etdirməyə çalışsanız, onlar sizi bir o qədər hirsləndirməyə, qıcıqlandırmağa səy edəcəklər.

Tərəzi - tənbəllik etməyin, işləri təxirə salmayın. İndi aktiv fəaliyyət zamanıdır. Günün ikinci yarısında maliyyə çətinliklərinin əhvalınızı pozması istisna deyil. Pərişan olmayın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.

Əqrəb - əlverişli, işdə və şəxsi münasibətlərdə yeni perspektivlərlə imkanlar yaradan gündür. İctimai həyatda aktiv iştirak edin. Tədbirlərə qatılın, vaxtınızı maraqlı keçirin. Nüfuzlu insanlarla görüş və danışıqlarda xeyir var. Yeni hami, sizə dəstək olacaq insan tapa bilərsiniz.

Oxatan
- maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış alış-verişdən, bahalı əyləncədən imtina edin. Yaşam potensialının səviyyəsi aşağıdır. Günün ikinci yarısında travma və ağrı riski var. Ağır işə başlamayın.

Oğlaq - layihələrinizin uğurlu olacağına şübhə etməyin - bu gün uğur sizindir. Şərait ən pis məcrada dəyişsə də, hətta tərəfdaşlarınız da sizə dəstək verməkdən imtina etsələr də, öz istədiyinizə çatacaqsınız.

Dolça - məhsuldar və maraqlı gündür. İşləriniz çox olmasa da, yorulmaq bilmirsiniz, planlaşdırdığınız hər işi görüb qurtara bilərsiniz. Yeni ideyalarınızı reallaşdırmağı bir qədər sonraya saxlayın, daha yaxşı məqamı gözləyin.

Balıqlar - qeyri-dəqiqliklər, qarışıqlıq sizi özünüzdən çıxarır, bütün suallarınıza cavab tapmaq istəyirsiniz. Bu gün bu mümkündür, ancaq diqqətli olun: aldığınız məlumat hərəkət planı üçün əsas ola bilməz. Hər şeyi götür-qoy etmədən heç bir addım atmayın.

BAKU.WS