SİZİN REKLAM BURADA!
055 213 76 73



Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yüksək sürətlə at çapma bacarığı ilə məşhurlaşan Gülay Fərzəliyevanın yeni videosu yayılıb.


BAKU.WS xəbər verir ki, Gülay Fərzəliyeva yeni videoda at çaparkən çox təhlükəli hərəkətlər edir. At sürətlə hərəkət edir. Qız isə bir əli ilə atın yüyənindən tutur, digər əlini isə yüyəndən buraxır və başıaşağı sallanır.


Video sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb. Bəziləri isə Gülay Fərzəliyevaya ehtiyatlı olmağı və belə təhlükəli hərəkətlər etməməyi məsləhət bilirlər.


Cavid Babayev
BAKU.WS