SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
5 noyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç – ulduzlar ilk növbədə verdiyiniz vədlərə xilaf çıxmamağı tövsiyə edir. Əks təqdirdə nüfuzunuz aşağı düşəcək. Bu gün uzaq səfərə çıxmaq, sövdələşmə aparmaq üçün çox əlverişlidir.

Buğa – reallığa uyğun davransanız, kimsə sizə qarşı qərəz nümayiş etdirməyəcək. Bu gün yaxın məsafəyə səfər etmək üçün də geniş imkanlarınız yaranacaq. Fürsət olsa, yola düşməkdən imtina etməyin.

Əkizlər – bu gün yalnız ailə-məişət məsələləri ilə məşğul olmalısınız. Maliyyə imkanlarınız bir qədər passiv görünsə də, saat 18-dən sonra irəliləyişlər mümkün ola bilər. Odur ki, xüsusi aktivlik göstərin.

Xərçəng – praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verin. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Nahardan sonra bayramda yoluxmadığınız döğmalarınızı yoluxun.

Şir – ötən 2 ayda həyata keçirə bilmədiyiniz bir neçə planın reallaşmasına çalışın. Bu istiqamətdə inandığınız insanların köməyindən də yararlana bilərsiniz. Yeni həftənin bütün layihələrini indidən qurun.

Qız – gün ərzində üzərinizə düşən başlıca vəzifə səhhətinizə fikir vermək və baş verən proseslərə obyektiv yanaşmaqdır. Bu gün hər hansı çılğınlıq yalnız öz əleyhinizə işləyə bilər.

Tərəzi
– iş günü olmamasına baxmayaraq, nüfuzlu və imkanlı insanlarla görüşləriniz sizə böyük səmərə verə bilər. Belə görüşlərdən imtina etməyin. Nəticəsinə əmin olmadığınız işlərə isə baş qoşmayın.

Əqrəb – mistik duyğulara qapılmaqdansa Tanrıya sığının. Şəxsi taleyinizdə böyük dəyişiklik yaratmaq daha çox çıxardığınız qərarlardan asılı olacaq. Bir şərtlə ki, ədalətli addımlar atasınız.

Oxatan – şəxsən sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Pulla bağlı riskli sövdələşmələrdən yayının. Bir az da qənaətcil olun. Saat 16-18 aralığında büdcənizi artırmaq ehtimalınız var.

Oğlaq – gün ərzində hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Yaxşı olar ki, danışıq və sövdələşmələri təxirə salıb istirahətinizi təmin edəsiniz. Qida rejiminizə də ciddi diqqət ayırın.

Dolça – daxili tərəddüd və nigarançılığınızı duyan Göy qübbəsi saat 15-dən sonra istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaratmağa çalışacaq. O vaxta qədərsə müqəddəs yerləri ziyarət edin.

Balıqlar – nəzərə alın ki, şəxsi həyatınızda baş verən əksər səhvlərin səbəbkarı daha çox özünüzsünüz. Bir qədər başqalaşmağa səy göstərin. Məhz bu gün tövsiyələrimizi daha çox nəzərə alın.

BAKU.WS